Qızdırıcı

Dam örtüyü üçün istilikizolə edən materiallar-qızdırıcı

Enerjiyəqənaət və eləcə də yaşayış yerinin rahatlığının artırılması problemlərinin həllində binanın qoruyucu  konstruksiyasının qızdırılması az rol oynamır:xarici divarlar, arakəsmələr, örtüklər və s. Mövcud  binalarda, təmir zamanı dam örtüyünün qızdırılması hesabına onların enerji sərfini azaltmaq daha asandır.   Yeni qaydalar,  örtük və arakəsmələrin termik müqavimətinə dəyəri əhəmiyyətli dərəcədə artırıblar, buna uyğun olaraq,yeni tikintilər, modernləşmə və binanın  əsaslı təmiri effektiv istilikizolyasiya edən materialların istifadəsi olmadan həyata keçirilə bilməz. Binanın xarici hamar örtükləri üçün rulon və mastik dam örtüklərinin qurulması zamanı istilik izolyasiyasının tətbiqi, müəyyən dərəcədə, qoruyucu konstruksiyalardan birinin – örtüyün termik müqavimətinin artması vasitəsilə  istilik selinin azalması hesabına yaşayış yerlərinin qızdırılma məsrəflərini azltmağa kömək edir. Bundan başqa, hamar dəmir-beton örtüklər üçün istilik izolyasiyası:

  • Örtüyü xarici havanın temperatur dəyişkənliyinin yaratdığı təsirlərdən qoruyur;
  • Örtüyün əsas massivinin temperatur dəyişmələrini düzləndirir (bərabərləşdirir) və bunun sayəsində, qeyri-bərabər temperatur dəyişmələrindən  yaranan çat ehtimalını yox edir;
  • Şeh nöqtəsini xarici  istilik izolyasiya edən qata tərəf sürüşdürür ki, bu da örtüyün beton və ya dəmir-beton massivinin nəm çəkməsinin qarşısını alır;
  • Örtüyün (tavanın)  daxili səthinin temperaturunun artması və tavan səthinin və həmçinin çardağ yerlərinin daxili havasının temperatur fərqinin azalması hesabına yaşayış yerlərində daha əlverişli mikroiqlim meydana gəlir.

Maili damlar üçün qızdırıcıların tətbiqi mansardların yararlı yaşayış yerinə çevrilməsinə imkan verir. Metal profilli lövhədən olan dam örtüklərinin qızıdırılması, ilin soyuq mövsümlərində  onun səthində  kondensatın əmələ gəlməsinin qarşısını alır (bu anbarı olan binalar üçün çox vacibdir).

Qeyd etmək lazımdır ki, istifadə olunan  istilik izolyasiya edici materialların fiziki- texniki xassələri konstruksiyanın (qurğunun) istismar etibarlılığına və texniki-istiliyin effektivliyinə müəyyənləşdirici təsir göstərir.

Qızdırıcı seçərkən nəzərə almaq lazımdır ki,qoruyucu konstruksiyaya daxil olan istilik izolyasiya edən materialların  fiziki-istilik və fiziki-mexaniki xassələrinin stabilliyi və uzunömürlülüyünə bir çox istismar faktorları təsir göstərir.  Bu, öz növbəsində, konstruksiyanın (qurğunun) dəyişkən əlamətli (qış-yay)istilik-rütubətli iş rejimi və istilik izolyasiya edən materialın kapilyar və diffuziyalı nəmlənməsinin mümkünlüyü, həmçinin küləyin, qarın ağırlığının təsiri, insan yerişinin mexaniki ağırlığı,  istehsal binalarının dam örtüyü boyunca nəqliyyat və mexanizmlərin daşınmasıdır.

Tikintidə istifadə olunan İstilik izolyasiya edən materiallar kifayət qədər ağır şəraitdə “işlədiyinə” görə ona qoyulan tələblər artırılır.

Hər şeydən əvvəl materialın istilikkeçirmə əmsalına İ, Vt/(m·K) nəzər yetirək. O elə olmalıdır ki, istismar şəraitində istilik izolyasiya edən qatın mümkün minimal qalınlığında ,  material,  konstruksiyanı tələb olunan istilikötürmə müqvimətilə təmin edə bilsin. Beləliklə, yüksəkeffektli materiallara üstünlük vermək lazımdır. Bunda başqa, istilik izolyasiya edən materiallar şaxtayadavamlı olmalıdırlar (20-25 dövrdən az olmayaraq), çünki onlar binanın əsaslı təmirinə qədər istilik izolyasiya və möhkəmlik xassələrini saxlamalıdırlar, həm də suyadayanıqlı və biodayanıqlı olmalıdırlar ki, istismar zamanı zəhərli və xoşagəlməz iyli maddələr buraxmasınlar.

Qızdırmaq üçün istifadə olunan materialın sıxlığı 250kq/m3 çox olmamalıdır, əks halda konstruksiyanın yükü əhəmiyyətli dərəcədə artır ki, bunu da köhnə tikililərin təmiri zamanı material seçəndə nəzərə almaq lazımdır.

İstilik izolyasiya edən materialların xüsusiyyətləri

İstilik izolyasiya edən materiallar bir sıra texniki- istilik xassələrinə malikdir və onun haqqında biliyə sahib olmaq, texniki-istilik  hesablamalarının aparılması və konstruksiya materialının düzgün seçimi üçün zəruri zəruridir. Axrıcıların dəqiqliyi əhəmiyyətli dərəcədə texniki-istilik göstəricilərinin düzgün seçimindən aslıdır. Bunlar hansı göstəricilərdir?

1.Orta sıxlıq-  kütlənin maddənin ümumi həcminə nisbətinə  bərabər olan kəmiyyətdir. Orta sıxlıq kq/m3 ilə ölçülür.

Qeyd etmək lazımdır ki, istilik izolyasiya edən materialların məsamələri çox böyük həcm tutduğuna ğörə, onların orta sıxlığı bir çox tikinti materialları ilə müqayisədə kifayət qədər az olur. Hazırda inşaatda istifadə olunan istilik izolyasiyası materiallarının sıxlığı  təyinatından aslı olaraq 17-400kq/m3 tərtibindədir.

Məlumdur ki, quru materialın orta sıxlığı nə qədər az olsa binanın qoruyucu konstruksiyasında temperatur şəraitində yerləşən istilik izolyasiyası xassələri daha yaxşı olur.

Materialın orta sıxlığı nə qədər azdırsa, onun məsaməliliyi bir o qədər çoxdur. Tikinti qurğularının istifadəyə yararlılığını  təyin edən materiallarınn əsas xassəsi  məsaməlilik xüsusiyyətindən aslıdır: istilikkeçiricilik, rütubəti hopdurma, su udma, şaxtayadavamlılıq, möhkəmlik.

 Bərabər paylanmış qapalı kiçik məsaməli materiallar ən yaxşı istilik izolyasiyası xüsusiyyətinə malikdirlər.

  1. İstilikkeçiricilik- bərk cisimlərin və materialın daxilində hissəciklərin qarşılıqlı təsiri zamanı istiliyin ötürülməsidir.

Vahid zamanda vahid səthdən keçən istilik miqdarına  istilikkeçiricilik  deyilir (istilikkeçiricilik əmsalı).  İstilikkeçiricilik (İ) Vt/(m·K) ilə ölçülür. Müxtəlif ölkələrdə materialların istilikkeçiriciliyinin metodikası və təcrübənin şərtləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir, buna görə də müxtəlif materialların istilikkeçirməsini müqayisə edəndə hansı şərtlər daxilində, xüsusən də, hansı temperaturda təcrübənin aparılması göstərilməlidir.

Məsaməli materialların istilikkeçiriciliyinin (istilikizolyasiyalı materiallar ) miqdarına materialın sıxlığı, məsamənin yerləşməsi, ölçüsü və görünüşü, bərk cismin molekulyar quruluşu və kimyəvi tərkibi, məsamələri məhdudlaşdıran və qaz təzyiqilə dolduran  səthin şüalanma əmsalı  təsir göstərir.  Lakin istilikkeçiriciliyə ən çox temperatur və rütubət təsir edir. Materialın istilikkeçiriciliyi temperatur artması ilə yüksəlir, lakin istismar zamanı rütubət daha çox təsir göstərir.

3.Rütubət-materialda nəmişliyin olmasıdır. Rütubət artdıqca  istilik izolyasiya edən materialın ( və tikinti materiallarının)  istilikkeçiriciliyi  kəskin artır. İstilik izolyasiya edən materialın ən vacib xüsusiyyəti istilikkeçiriciliyin aslı olduğu  rütubəti hopdurma (sorbsiya) xüsusiyyətidir ki, bu da müxtəlif temperaturda və havanın rütubətinə nisbətən materialın hiqroskopik tarazlıq rütubətidir.

  1. Su udma- materialın, birbaşa su ilə təmasdan  hopdurmaq və məsamədə nəmi saxlamaq xüsusiyyətidir. İstilik izolyasiya edən materialların su udması, quru materialı suda saxladıqda udduğu suyun miqdarı ilə xarakterizə olunur.

Qeyd etmək lazımdır ki, yerli və xarici istehsalçıların istilik izolyasiya edən materiallarının su udması müxtəlif metodlarla təyin olunur. Şüşəlifli və minerallifli (mineralovatnı) istilik izolyasiya edən materialların hidrofoblaşdırılması (üzvi silisium əlavələrin daxil edilməsi yolu ilə), onlarda su udmanı əhəmiyyətli dərəcədə azaldır.

Bizim bazarlarda xarici şirkətlərin təqdim etdiyi məhsullar hidrofoblaşdırılmışdır, ancaq yerli məhsullar az kənaraçıxma ilə hidrofoblaşdırılmamışdır.

5.Şaxtayadavamlılıq-materialın doymuş halda  dağılma əlaməti olmadan təkrar dəyişən donma və əriməyə davam gətirmək xüsusiyyətidir.Bu göstəricidən bütün qurğunun uzunömürlülüyü əsaslı surətdə aslıdır, lakin şaxtayadavamlılığın göstəriciləri ГОСТ və ya ТУ- da göstərilmir.

  1. İstilik izolyasiya edən materialların mexaniki xassələrinə möhkəmliyi aid edirlər (sıxılma, əyilmə, dartılma, çatəmələgəlməsinə müqavimət).

Möhkəmlik- materialda deformasiya və daxili gərginlik yaradan daxili qüvvələrin təsiri altında dağılmaya qarşı materialın müqavimət qabiliyyətidir. İstilik izolyasiya edən materialların möhkəmliyi onun strukturundan,bərk tərkib hissələrinin möhkəmliyindən və məsaməliyindən aslıdır. Xırda məsaməli bərk material  böyük qeyri-bərabər  məsaməli materialdan daha möhkəmdir. Mail damların qızıdrılması üçün istifadə olunan İstilik izolyasiya edən materialların möhkəmliyi normalaşdırılmır, çünki istilik izolyasiyası şəbəkəyə düzülür və dam örtüyünə ağırlıq vermir.

  1. Örtüyün konstruksiyasının uzunömürlülüyünə istilik izolyasiya edən (bir qayda olaraq,bina örtüklərinin qizdirilması üçün  material seçimində nəzərə almaq lazımdır ) materialın kimyəvi davamlılığı və onun bioloji davamlılığı təsir göstərir.

8.Örtüklərdə  istifadə olunan istilik izolyasiya edən  materiallar onun tüstü əmələgətirmə xüsusiyyətinə görə və yanma zamanı zəhərli qazları ayırma imkanı nəzərə alınmaqla seçilir. Dam örtüyünün növündən aslı olaraq istilik izolyasiya edən materialın seçilməsi  dam örtüyündə СНиП –in tələbi , yanğın təhlükəsizliyi və s. nəzərə alınmaqla təyin edilir.

Mail damların çatıların dam örtüklərinin qızdırılması

Taşyunundan hazırlanan qızdırıcı

Türkiyə və İran istehsalı olan taşyun  brendi adı altında istilik və səs izolyasiya edən materiallar mövcuddur. Hazırda daş vatadan hazırlanan məhsullar, akustik tavanlar və panellər və preslənmiş penopolistirolu (böyük şirkətlərlə əməkdaşlıqda) təqdim edilir.

URSA  istilik və səs izolyasiyasının bütün seqmentlərində yüksək keyfiyyətli məhsullar təqdim edir.Materialın strukturu və liflərin  qeyri-adiliyi sayəsində,  URSA GLASSWOOL ştapel şüşəliflərindən olan məhsullar,  bir sıra mühüm xassələrə-kiçik çəkidə yüksək istilik izolyasiya qabiliyyətinə, qurğularda effektli səsizolyasiyası və çox gözəl səsudmaya malikdir.

Bütün tapşırıqları yerinə yetirmək üçün məhsullar. Söhbət mail damdanmı, xarici divarlardan və ya arakəsmələrdənmi gedir – URSA GLASSWOOL ştapel şüşəliflərdən hazırlanan məhsullar müasir inşaatda istilik və səs izolyasiyası sahəsində istənilən məsələnin həlli üçün yararlıdır.

Preslənmiş penopolistrol

Preslənmiş penopolistrol adlanan materialdan da danışmaq zəruridir. Bu material təmamilə su udma qabiliyyətinə malik deyil və buna görə də mail damların istilik izolyasiyası üçün çox uyğundur.  Diqqət yetirin ki, preslənmiş penopolistroldan hazırlanan məmulatlarınözlərinin  qiymətinin yüksək olmasına baxmayaraq,    ənənəvi istilik izolyasiyası materiallarının istifadəsi ilə müqayisədə, penopolistrol istifadə olunan dam örtüyü konstruksiyası  daha da baha alınır.

Beləki,  bu halda  qurğularda bahalı istilik izolyasiyası zərurəti ixtisara düşür və dam örtüyünün havalandırma sistemi sadələşdirilir.

Lakin, mail damların konstruksiyasında preslənmiş penopolistrolun tətbiqi zamanı bir faktı nəzərə almaq lazımdır ki, mail damların daşıyıcı konstruksiyası əksər hallarda taxtadandır. Penopolistrolun  alışqanlığı  ilə birlikdə yanğın əleyhinə tədbirlərə tələb irəli sürür.



Bütün hüquqlar qorunur. 2014 ArsenalCenter.