Su Sistemi

Su Sistemi

10410291_577817232321345_6014025760361739049_nDemək olar ki, istənilən dam örtüyü üçün  nov sistemi çox vacibdir. Onlar xaricdən divarları və zirzəmini sudan, bünövrəni isə  hədsiz nəmişlikdən qoruyur. Nov sayəsində su damdan yığılır və bir istiqmətə axır və binanı vaxtsız dağılma  təhlükəsi gözləmir. Bundan başqa, nov sistemidamdan divarlara doğru, frontandan fasada doğru  keçidi vurğulayaraq,   dekorotivdə  ola bilər . Belə ev üslublu və eleqant(zərif) görünə bilər.

Ən sadə halda su dam örtüyündən (maili damdan)  kəsilməz olaraq  yerə axır. Belə suyu kənarlaşdırma (drenaj)  üsulu  adətən qeyri-mütəşəkkillik adlandırırlar.  Belə drenaj suyun səkiyə axmaması şərtlərində bir mailli damı olan kiçik (böyükolmayan) tikililərdə özünü doğruldur.  Qeyri – mütəşəkkil  drenaj,  fasad elementlərinin zədələnməsinə, zirzəminin dağılmasına,  bünövrənin  hədsiz yüksək hidrostatik yüklənmədən  vaxtsız aşınmasına gətirir.

Dam örtüyünün  çöküntülərdən ən çox yayılmış və əlverişli təmizləmə metodu – xarici təşkil edilmiş novlardır.

Mütəşəkkil  təşkil olunmuş  xarici novalçalar vasitəsilə  damdan axan su xarici nov borularına verilir.

Nov sistemləri novalça  və boruların ölçülərinin ən geniş spektrinə malikdir. Hər bir elementin ölçüsü normativ sənədlərin tələblərinə uyğun olaraq hesablanır və bununla yanaşı, komplektin qiymətinə görə hər dəfə optimal seçim etməklə elementlərin ölşülərini uyğunlaşdırmaq  imkanları həmişə var.

Novun hesablanması zamanı damın sahəsi və meyli , eləcə də  novun nöqtələrinin sayını və vəziyyətini də nəzərə alırlar. Müasir nov sistemləri bütün zəruri elementlərin eləcə də bərkidicilərin tam komplektinə malikdirlər. Novalça və boruların forması dairəvi və düzbucaqlı ola bilər. Bu və ya digər tip elementin seçilməsi binanın ümumi memarlığında estetik qavrayışla müəyyən olunur və memar və ya binanın sahibi tərəfindən seçilir. Nov sisteminin dəyəri bir qayda olaraq, dam örtüyünün mürəkkəbliyi, yüksəkliyi, həm də sahəsi ilə təyin olunur.11146258_584875841615484_1475831606331845260_n

Damın hazırlandığı material ümumilikdə nov sisteminin seçilməsinə təsir etmir. Bu elastiki, keramik, metal və ya kompozitli kirəmit ola bilər.Quruluşunda oxşarlıq olduğuna görə  müxtəlif firmalardan  olan novları və dam örtüyüklərini quraşdırmaq olar. Lakin bütün suaxıtma sistemi eyniölçülü və  eyni istehsalçıdan olmalıdır.

Nov istehsalında ən çox yayılmış PVX (polimer örtüklü sinklənmiş polad və mis) materialıdır

PVX-dən olan nov sistemi

Polimer örtüklü sinklənmiş poladdan olan nov sistemləri

Metal suaxıtma sistemləri elementlərinin istehsalı üçün  0,5-0,7 mm qalınlıqlı istisinklənmiş poladdan istifadə edilir. Polimer material olaraq pural polimer örtükdən istifadə olunur, həm də dam örtüyü materialından fərqli olaraq polimer lövhənin hər iki tərəfinə çəkilir. Belə örtük sayəsində suaxıtma sistemi -400S dən 1200S –yə qədər temperatur dəyişkənliyinə davam gətirir ki, bu da onu istənilən  iqlim şəraitində istifadə etməyə imkan verir.

Plastik novlar illər keçdikcə daha çox papulyarlıq qazanır. Onlar əlverişsiz təbiət hadisələrinə, korroziyaya, kimyəvi( turşu və karbohidrogen) təsirlərə və ultrabənövşəyi şüalara qarşı davamlıdırlar, həm də qurulması sadədir.  Ayrı-ayrı elementləri yapışdırma üsulu ilə, həmçinin rezin sıxlaşdırıcıların köməyilə həyata keçirmək olur.

Plastmas (plastik kütlə) qurğular və eləcə də digər materiallar temperatur dəyişkənliklərində öz xətti ölçülərini dəyişmək xassəsinə malikdirlər.rezin sixlaşdırıcılı  PVX novları elementlərin sərbəst birləşməsi hesabına belə halların nəticəsini kompensasiya edir. Yapışdırıcılı nov sistemlərində genişləndirici elementlərdən (adi və qıf) istifadə olunur.

Polimer örtüklü sinklənmiş poladdan olan nov sistemləri

Metal suaxıtma sistemləri elementlərinin istehsalı üçün  0,5-0,7 mm qalınlıqlı istisinklənmiş poladdan istifadə edilir. Polimer material olaraq pural polimer örtükdən istifadə olunur, həm də dam örtüyü materialından fərqli olaraq polimer lövhənin hər iki tərəfinə çəkilir. Belə örtük sayəsində suaxıtma sistemi -400S dən 1200S –yə qədər temperatur dəyişkənliyinə davam gətirir ki, bu da onu istənilən  iqlim şəraitində istifadə etməyə imkan verir.

Polad nov sistemlərinin əsas üstünlüyü elementlərin çox möhkəm olmasıdır və bu da qar və buzun ağırlığı altında işləyən sistem üçün vacibdir. Polimer örtüyün korroziyaya  və xarici təsirlərə qarşı  davamlılığı sayəsində Sistemin uzunömürlü istifadəsi təmin olunur.

Məhsulu aşağıdakı firmalar təqdim edir: : Orima (Fillandiya),  Ruukki (Fillandiya), Rooflandia (Аzərbaycan) və başqaları.



Bütün hüquqlar qorunur. 2014 ArsenalCenter.