Elastik Dam Örtükləri
Elastik Dam Örtükləri
Elastiki kirəmit, yumşaq dam örtüyü
Yumşaq bitumlu elastik kirəmitdən olan dam örtüyü materialı. Təsviri.
Yumşaq kirəmiti tez – tez elastiki kirəmit, bitumlu kirəmit, dam örtüyü piltələri, qont və ya şinqls adlandırırlar. O bir tərəfindən formalı kəsikləri olan, 1 х 0,33 m ölçülü çox böyük olmayan hamar lövhələrdir. Müxtəlif formalarda buraxılır: altıüzlü, düzbucaq, oval, üçbucaq, dalğavari. Coxlu rəng seçimlərinə malikdir.
Yumşaq bitum kirəmitin quruluşu
Yumşaq kirəmitin əsasını (özülünü) bitum hopdurulmuş şüşəkiş (şüşə kətan) və ya üzvi sellüoza (keçə) təşkil edir. Özül, plitənin deformasiyaya qarşı elastik, möhkəm və davamlı olmağını təmin edən, müxtəlif polimer qatqılı oksidlənmiş modifikasiya olunmuş iki bitum laylarının birləşdirilməsi üçün armatur kimi xidmət edir. Yumşaq kirəmitin xarici səthi bazalt dənəciklərilə və ya materiala müxtəlif rəng çalarları verən, ultrabənövşəyi şüalardan və iqlim təsirlərindən qoruyan mineral qırıntılarla örtülmüşdür. Daşınma və saxlanma zamanı yapışmasın deyə qontun əks tərəfinə, ya polietilen plyonka (öz-özünə yapışan kirəmit) ilə bağlanmış yapışqanlı xüsusi rezinbitum qatı, ya da silisium qumu (ənənəvi kirəmit) çəkilir.
Öz-özünə yapışan elastiki kirəmit (əsasən altıüzlü)
|
«Ənənəvi» yumşaq kirəmit (əsasən beşbucaqlı formasında)
|
Yumşaq elastik kirəmitin tətbiq sahəsi
Yumşaq dam örtüyünü meyli 120 olan mail damlarda istifadə edirlər (1:5). Elastiki kirəmit həm yeni qurğularda, və eləcə də köhnə dam örtüklərinin yenidənqurulmasında istifadə edilir(əvvəlcədən bu məqsədlə hazırlanaraq zədələnmiş köhnə dam örtüklərinin üstünə qoyulur). O həm xüsusi evlərin-koteclərin damlarında, həm də yaşayış, ictimai, sənaye və digər binaların , xüsusilə də mürəkkəb formalı damlarda gözəl görünür.
Bitum kirəmitin üstünlüyü
Qənaətlilik-az miqdarda tullantılar, xüsusən mürəkkəb konfiqurasiyalı damlarda
Elastik kirəmik yağıntı zamanı təmamilə səssizdir
Yumşaq kirəmit özü-özlüyündə istilik və səsizolyatoru kimi xidmət göstərir
Bitumlu kirəmit paslanmaya, korroziyaya və iylənməyə məruz qalmır
Bioaqentlərə qarşı dayanıqlıdır-göbələklər, mamırlar, şibyələr və eləcə də kimyəvi turşular
Təmamilə sukeçirməzdir, nəmi udmur və saxlamır
Dielektrikdir, atmosferin elektrik yüklərini kondensasiya etmir(toplamır), qığılcım vermir, ildırımın evə düşmə təhlükəsi yoxdur (yumşaq dam örtüyü üçün ildırımıötürən qurğu tələb olunmur)
Günəşdə yanmır və təmir zamanı əlavə rənglənməyə ehtiyacı olmur
Uçqunaoxşar qar toplanmasının qarşısını almaq üçün qarsaxlayan əlavə qurğular tələb olunmur
O həm yüksək temperaturu (Orta Asiyanın isti iqlimində istifadə olunur), həm də çox aşağı temperaturu( ənənəvi olaraq Kanadada istifadə olunur) saxlaya bilir, bundan başqa, kəskin temperatur düşgüsünü saxlaya bilir( xüsusi laylı strukturu sayəsində nail olur)
Yelpikləmir, buna görə də güclü küləyə davam gətirir
Yumşaq dam örtüyü damın həndəsi xətalarına, bina çökən zaman baş verən deformasiyaya və temperatur dəyişkənliyinə uyğunlaşır, təsadüfi zədələr isə piltələrin böyükolmayan ölçüləri və elementlərin qarçılıqlı dəyişdirilməsinin mümkünlüyü sayəsində tez aradan qaldırılır
Elastik kirəmitin kiçik çəkisi dam örtüyünün, binanın və özülün daşıyıcı konstruksiyasının gücləndirilməsi zərurətini yox edir, həmçinin montaj yerinə daşınmasına və qaldırılmasına lazım olan xərcləri azaltmaöa imkan verir
Yumşaq dam örtüyünün digər dam örtüyü materialları ilə müqayisədə qiymətinin yüksək olmaması
Yumşaq kirəmitin montajı üçün xüsusi alətlər lazım deyil
Daşınma və saxlanmanın əlverişliliyi, daşıma üçün xüsusi nəqliyyat lazım deyil
Oturacaq- təmamilə şəbəkə
Yumşaq kirəmitin oturacağı təmamilə şəbəkədir. Büsbütün nastil qismində rütubətədayanıqlı faner və ya istiqamətli-yonqarlı plitə ОСП (OSB-3) istifadə olunur. Nəzəri olaraq, rütubəti uyğun olaraq, 20% olanqırağı kəsilmiş haşiyələnmiş lövhələr istifadə oluna bilər, lakin yüksək nəmədayanıqlı faner və ya ОСП-3 –ü seçmək yaxşı olardı.
Saxlama və qablaşdırma
Bitum kirəmit evroaltlıqlarda yığılır. Bir altlığa qutuda 20-25 qont olmaqla 30-50 qutu yığılır (əsasən 22 qont-bu 3m2 hazır dam örtüyüdür). Elastik kirəmit olan altlıq silikonlaşdırılmış qoruyucu plyonkalı yapışqan təbəqəsinin vaxtından əvvəl yapışmasının qarşısını almaq üçün birbaşa günəş şüalarının təsirinə məruz qalmamalıdır. Altlıqları bir-birindən aralı qablaşdırmaq lazımdır.
Bitum elastik kirəmitin istehsalçıları
Bizim bazarda Katepal (Fillandiya), Kerabit (Fillandiya) istehsalçı firmaların məhsulları təqdim olunur.
Elastiki kirəmitin qiyməti
Yumşaq dam örtüyünün qiymətini istehsalçı zavoddan (brend), modeldən və rəngindən (bəzi istehsalçıların) aslı olaraq fərqləndirirlər.Bizim bazarda kifayət qədər geniş seçim imkanları təqdim olunur.
Bütün hüquqlar qorunur. 2014 ArsenalCenter.