Təbii Dam Örtükləri

Dam örtüyü materialları, kirəmit

Bu və ya digər dam örtüyü materiallarının seçilməsi bir çox faktorlardan aslıdır:  binanın növü, daşıyıcı dam elementlərinin konstruktiv xüsusiyyətləri, sifarişçinin zövqü, mövcud rayonun iqlim xüsusiyyətləri və ənənəsi,  sifariıçinin maliyyə imkanları və s.

Maili(skatni) damlar üçün dam örtüyü materiallarbasak kiremitı

Təbii kirəmit- Dam Ortukleri

Bu geniş istifadə olunan, iki şaquli qovşaqlı (sementli-qumlu kirəmit) və ya iki üfiqi qovşaqlı (gilli kirəmit) və buna görə də çatın əmələ gəlmə ehtimalı sıfır olan,  kiçikölçülü ,  temperaturun  xətti genişlənməsinin əmsalı  kiçik olan dam örtüyü materialıdır. Beləliklə, kirəmitin bir ucunu şəbəkəyə  bərkidirlər,  dam örtüyü ayrı-ayrı hissələrinin sərbəst yerdəyişməsi qabiliyyətinə malikdir.  Bu dam örtüyünün  küləyin təzyiqindən, qurğunun çökməsindən yaranan deformasiyaları qəbul etməyə imkan verir.

Kirəmit dam örtüyünün üstünlükləri:

Odadavamlılıq

Uzunmüddətli xidmət

Bədii gözəllik(dekorativlik)

Kirəmit dama qulluq etmək asandır, çünki onu rəngləmək və təmir etmək lazım deyil. Zərurət olduqda asanlıqla bərpa olunur.

Keramik kirəmit. Gil kütləsindən qəlibləmə qurutma və yandırılma yolu ilə alınır.

Əsas xammal – yerli , ikincidərəcəli lentvari , tərkibində çoxlu sayda dəmir oksidi olan gildir. Yandırılma nəticəsində  10000S  temperaturda təbiib keramik kirəmit qırmızı-qəhvəyi rəng alır.  Yandırılma zamanı ön səthinə şirəli  təbəqənin çəkilməsi halında kirəmit parlaq rəngli qoruyucu təbəqəyə malik olur.

Keramik kirəmit : hamar lentşəkilli, yarıqlı (pazovaya) lentşəkilli, yarıqlı möhürlənmiş, təkdalğalı, ikidalğalı, novşəkilli və s.  Bu etibarlı, uzunömürlü, odadavamlı, səsuducu, möhkəm, ekalojitəmiz, korroziyaya məruz qalmayan örtüklərdir. Damı saxlamağa sərf olunan vəsait minimaldır.  Bəzən yaxşı quraşdırılmış kirəmit  evin özü qədər sizə xidmət edə bilər. Buna görə də kirəmit dam örtüyü faydalı investesiya qoyuluşudur.  İllər keçdikcə belə dam örtüyünün rəngi daha dolğun olur və kirəmit daha gözəl olur.

 



Bütün hüquqlar qorunur. 2014 ArsenalCenter.