“Dam” anlayışı nədir?

DAM

 

Tiled RoofsDam – evin quruluşunun vacib elementi olub, evin ətraf mühitin təsirlərindən qorunmasını təmin edir və əsas etibarilə binanın görünüşünü müəyyənləşdirir. Buna görə də, memarlar və inşaatçılar damın layihələndirməsinə və quraşdırılmasına xüsusi diqqət yetirirlər. Buna baxmayaraq, damın tikintisi zamanı bir çox çətinliklər meydana çıxır. Lakin, uzunmüddətli iş təcrübəsi  mütəxəssislərə özəl evlərin tikintisində  ortaya çıxan sualların böyük bir hissəsini uğurla həll etməyə imkan verir. Çoxsayda müasir və müxtəlif dam örtüyü materiallarının arasından, bu sahədə mütəxəssis olmayan şəxsin seçim etməsi böyük çətinlik yaradır.

Damın konstruksiyası və dam örtüyünün materialı binanın fasadının dizaynından və damın döşənmə texnologiyasından  asılı olaraq layihə əsnasında müəyyənləşdirilir.

Əlavə məlumat:

Dam – binanın yuxarı örtük kostruksiyası olaraq,  dayanıqlılıq, su izolyasiyasi və çardaqsız damlarda günəş istisindən izolyasiya funksiyalarını özündə cəmləşdirir.

Dam örtüyü – damın ən üstdəki (örtük) elementi olub, binanı bütün növ atmosfer təsirlərindən qoruyur.

Avropa geniş yayıldığı kimi Rusiyada da, maili – başqa sözlə desək prizma formalı müxtəlif dam növləri vardir.

Damın strukturu:

Evin damı bir neçə elementdən ibarətdir 

Maili hissələr, yəni yastı sipərlər – bunlara rampalar da deyilir (1) və əsas olaraq karkas və reykalardan (3). Reyka ayaqlarının aşağı sonluqları möhkəm pilətəyə dayanır. (4)  Rampaların kəsişməsi maili (12) və üfüqi tirlər yaradır. Üfüqi tirləri haşiyə adlandırırlar (5). Rampaların kəsişmə yerlərində nov (6) əmələ gəlir. Dam örtüyünün  binanın divarları üzərindən kənara çıxan hissələri karniz adlanır. Su dam örtüyünün üzərindəki kanallarla novalçaya, ordan boruya və sonda kanalizasiyaya axır.

 

Müxtəlif  dam növləri:

Birskat – damlar öz axıntılı konstruksiyası ilə müxtəlif səviyyədə olan xarici divarlara dayanır. Təkrampalı damlar daha çox eyvan və artırma tikili üzərində, məişət tikililəri, anbar və saxlanclarda istifadə olunur.

 

İkiskat– ən çox yayılmış klassik konstruksiya hesab edir. Ona, həmçinin sivri uclu (şiştəpəli) dam ötüyü də adlanır. Damın asma karkaslı və ya maili   karkaslı növləri vardır..

Piramida – belə damın bütün rampaları bərabərtərəfli üçbucaq şəklində bir noqtədə birləşir. Burda  həlledici element simmetriklikdir. Bu kvadrat və ya bərabərtərəfli çoxbucaqlı şəklində tikililər üçün istifadə olunur.

Paket – o dörd rampalıdır: iki rampa trapes formalı, digər ikisi isə üçbucaq formalıdır.

Çox bucaqli –  bu damı çoxbucaqlı və mürəkkəb formaya malik evlər üzərində quraşdırırlar.  Belə damlarda rampalar tez-tez kəsişdiyindən bunun quraşdırılması yüksək ustalıq tələb edir.

Mansard – çardağın həcmini genişləndirmək üçün rampaları müxtəlif bucaq altında birləşdirirlər: aşağı hissə iri olur, yuxarı hissədə isə rampalar az meyilli (kor bucaq altında) birləşdirilir.

Yastı damlar – ən çox  mülki və sənaye tikintisində  istifadə olunur. Köndələn damlardan fərqli olaraq, burda hissəli dam örtüklərindən istifadə olunmur. Burda zəruri materiallar bütöv örtük əmələ gətirən bitum, bitum-polimer və polimer materiallar və eləcə də mastikadır. Bu örtük temperatur və mexaniki deformasiyanı qəbul etmək üçün kifayət qədər elastik olmalıdır. Əsas etibarilə səth hissədə istiliyədavamlı plitələrdən istifadə olunur.

 

Damın möhkəm, uzunömürlü və gözəl görünüşlü olması o zaman ola bilər ki, dam örtüyünün bütün materialları: örtüyün əsas materialları, soba borularının çıxdığı yerlər, istifadə olunmuş mismarlar, karkas məsləhətlə və razılaşdırılmış olsun. Bunun üçün məsləhətdir ki, dam örtüyünün sadalanan bütün lazımı elementləri vahid komplektdə eyni istehsalçı firmadan alınsın. Evlərin damının layihələndirilməsi bu iş üçün müvafiq icazələri olan layihə büroları və şəxsi arxitektorlar tərəfindən aparılmalıdır. Bir qayda olaraq, evin yekunlaşmış hazır planı içərisində dam örtüyünün də planı və konstruksiyasının bütün detalları olmalıdır. Evin damının quraşdırılmasını isə mütəxəssislərə-professionallara etibar etmək daha yaxşı olar. Yalnız bu sahedə ixtisaslaşmış dam örtüyü firmaları damın keyfiyyətli quraşdırılmasını həyata keçirə və bu işə uzunmüddətli zəmanət verə bilər.



Bütün hüquqlar qorunur. 2014 ArsenalCenter.