Şirkət haqqında

logo

Arsenal Center şirkəti 2001-ci ildə yaradılmışdır və bir neçə istiqamətdə öz fəaliyyətini həyata keçirir: metalkirəmitlərin istehsalı və satışı, asma tavanlar, havalandırma sistemləri, həmçinin Mansard evlər üçün Polşa istehsalı olan Fakro  pəncərələrinin satışını da təşkil edir.

Şirkət dinamik inkişaf mərhələsindədir və bu Azərbaycan bazarındakı dövriyyənin və çeşidlərin  illik bazar payının artmasında özünü göstərir.

Arsenal-Center şirkətinin məqsədi- Azərbaycan bazarında keyfiyyətli məhsulllar təqdim etməkdir ki, bu da dünyada metalkirəmit istehsal liderləri ilə birbaşa əlaqəyə və alıcı və distributerlərlə sıx əməkdaşlığa əsaslanır.

Bizim şirkətin ən başlıca üstünlüyü  müştərilər üçün  mükəmməl xidmət sisteminin olmasıdır:

ofis

Arsenal Center şirkətinin təqdimat zalına daxil olduğunuz zaman, Wekman(Finlandiya), Gerard(Yeni Zellandiya), Germany Simetric, Germany Diamond (Almaniya) Ruukki ( Ukrayna, Estoniya),Yıldızbond(Türkiyə), Metehe OY(Fillandiya), Feroof(Koreya), Adamante-Ruukki(Fillandiya), İmbrex, Meteboond( Azərbaycan) PPGİ kimi lider istehsalçıların təqdim etdiyi məhsulları görərək  materialların keyfiyyətinə əmin olacaqsınız.

Yüksək ixtisaslaşmış ticarət nümayəndələrinin köməyi;

Operativ çatdırılma;

Əlavə sənədlərin tam paketi ilə təmin etmə;

Stabil marketinq dəstəyiofis 2

İqtisadi yeniliklərə uyğun daimi inkişaf;

Fəaliyyəti dövründə “Arsenal Center” öz müştəriləri ilə möhkəm və uzunmüddətli münasibətlər qurmağa imkan verən aşağıdakı prinsiplərə yiyələnmişdir: işçilərin peşəkarlığı, nəzakətlilik,  dəqiqlik, hər bir müştəriyə fərdi yanaşma.

Arsenal Center şirkəti inam, innovasiya və etibarlılığın sinonimidir və biz fəxr edirik ki,  fəaliyyətimizin əsasında müştərinin maraqları durur.

Təcrübənin də göstərdiyi kimi tez bir zamanda şirkətin səmimi dostlarına çevrilən tərəfdaşlarımız və sifarişçilərimiz arasında sizləri də görməyə şad olardıq.

Arsenal Center – arzuların reallığa çevrilməyinin bariz nümunəsidirhediyyeler

 

 

 

 

 



Bütün hüquqlar qorunur. 2014 ArsenalCenter.