İzoliyasiya

Dam örtüyünün təcridi (izolyasiyası)

Dam örtüyünün buxar- və suizolyasiyası(hidroizolyasiyasiya) üçün materiallar

Su və buxarizolyasiyası materialları üçün əsas şərt- örtükaltı istilikayırmanın tələb olunan iş rejiminin təmin etməkdir. Onların iki fuksiyası var. Birincisi,  istilikayıran materiala rütubətin düşməsinin qarşısını almaqdır, çünki rütubət , materialın istilikayırma xassələrini aşağı salır və bunun nəticəsində tezliklə onun dağılmasına səbəb olur.   İkincisi, dam örtüyünün havalandırma sisteminin ayrılmaz hissəsi olan bu materiallar istilikayıran materialda rütubətin toplanmasının qarşısını alır və bununla da buxarın kənarlaşdırılmasını asanlaşdırır. Su və buxar izolyasiya edən  materiallar plyonka tipli materiallardır.

Su izolyasiya edən plyonkaları  (mikroperforasiyalı(mikro deşikli) diffuziyalı membran) hər şeydən  əvvəl mail damların( bütün növ kirəmitlər, metallik dam örtükləri, şiferlər) qurulması zamanı istifadə etmək lazımdır. Faktiki olaraq, onlar istilikizolyasiya edən qatı ekstrimal hava şəraitində(güclü külək və ya leysan yağış) dam örtüyünün altına sıza bilən  xarici rütubətdən( qar, su damcısı, kondensat)  qoruyan ikinci sərhəddir.

Buxarizolyasiya edən plyonkalar istənilən növ örtüklü  həm hamar, həm də mail damların qurulmasında zərurudir.  Onların funksiyası- insanların həyat fəaliyyəti (yemək hazırlanması, təmizlik, yuyunmaq, döşəmənin yuyulması və s.)  nəticəsində yaşayış  yerlərinin daxilində  əmələ gələn,   diffuziya və konveksiya daşınması vasitəsilə dam örtüyünə qalxan   su buxarının istilikizolyasiya edən qata sızmasının qarşısını almaqdır.

Damların istilik izolyasiyası üçün materiallar

Enerjiyəqənaət , həmçinin yaşayış yerlərinin komfortluluğunun artırılması problemləriinin həllində  binaların qoruyucu qurğularının (xarici divarlar, örtüklər və s. ) qızdırılması az rol oynamır.  Bu cür binalarda təmir zamanı enerji sərfini dam örtüyünün qızdırılması hesabına azaltmaq olar.  Yeni normalar  arakəsmələrin və örtüklərin termik müqavimətinə tələbi əhəmiyyətli dərəcədə artırıblar, çunki  yeni tikintilərin, binaların  modernləşməsi və əsaslı təmiri istilikizolyasiya edən materialların effektiv tətbiqi olmadan həyata keçirilə bilməz .

Binanın   hamar örtüklərinə  mastik və rulon dam örtüklərinin quraşdırılması zamanı istilik izolyasiyasının tətbiqi, müəyyən dərəcədə  örtüyün örtük konstruksiyalarından birinin termik müqavimətinin artması nəticəsində istilik selinin azalması hesabına yaşayış yerinin isidilməsi xərclərini azaltmağa imkan verir. Bundan başqa, hamar dəmir-beton örtükləri üçün istilik izolyasiyası :

  • Örtüyü açıq havanın dəyişkən temperaturunun təsirindən qoruyur;
  • Əsas örtük massivinintemperatur dəyişmələrinin nizamlayır ki, bunun da sayəsində qeyri-bərabər temperatur dəyişmələri  nəticəsində çatların əmələ gəlməsinin qarşısını alır;
  •  Şeh nöqtəsini daxili istilik izoləedici qata tərəf yerini dəyişdirir ki, bu da örtüyün beton və ya dəmir-beton massivinin nəmlənməsi faktorunu yox edir;

Örtüyün (tavanın) daxili səthinin temperaturunun artması və  tavan səthində, həm də  mansardlarda  daxili havanın temperatur fərqinin azalması   hesabına,

  • binalarda daha münasib  mikroiqlim yaranır.

Mail damlar üçün isidicinin tətbiq olunması,  çardağların yaşayış üçün münasib olan yerə çevrilməyinə imkan verir. Metal profilli  lövhəli dam örtüyünün qızdırılması isə ilin soyuq mövsumundə onun üstündə kondensatın əmələ gəlməsinin qarşısın alır. Bu anbarları olan yerlər üçün çox vacibdir.

 

«Arsenal Center» dam örtüyü mərkəzi



Bütün hüquqlar qorunur. 2014 ArsenalCenter.