Kompozit

Kompozit

Kompazit kiremit GerardKompozitli kirəmit Azərbaycan bazarında nisbətən yeni materialdır. Bu çoxlaylı dam örtüyü materialının əsasını, tərkibində müəyyən nisbətdə alüminium, sink və silisium-alüsink olan alüsink xəlitə ilə hər iki tərəfdən örtülən yüksəkkeyfiyyətli polad lövhədir. Kompozitli kirəmitin xarici səthinə təbii daş zərrələri əkilmişdir. Bu dam örtüyü təbii kirəmitə çox bənzəyir. 120 – dən böyük meyilli mail damlarda istifadə olunur.

Kompozitli kirəmitin quruluşu (tərkibi)

Kompozitli kirəmit-hər iki tərəfdən alüminium, sink və silisium-alüsink xəlitəsi ilə örtülmüş  0.4-0.5mm qalınlıqlıpolad lövhə olan çoxtəbəqəli dam örtüyü materialıdır. Xaricdən o üzərinə akril astar qatı  çəkilmiş bazalt zərrələri ilə örtülmüşdür.

Məlumat (arayış ) üçün:

Alümosink-polad üçün yeni qoruyucu örtükdür. Alüminiumun ətrafında təsirsiz oksid təbəqə yaratmaq xassəsi sayəsində, bu tərkib kimyəvi cəhətdən daha dayanıqlıdır və adi sink örtüyə nisbətən poladı korroziyadan daha etibarlı qoruyur.

Kompozitli metalkirəmitin xüsusiyyətləri

Kompozitli metalkirəmit böyükolmayan çəkiyə, əla xarici görünüşə, çoxlu sayda rəng və formaya malikdir. Metalkirəmitin unikal profili təmamilə keramik kirəmitə bənzəyir ki, bu da onu binaların və tarixi abidələrin bərpası üçün ideal edir, həm də yeni binalara təkrarsız zahiri görünüş bəxş edir.  Dam örtüyü materialının bu növü  eni 0.4m, uzunluğu 1.4m olan profillənmiş lövhələr şəklində buraxılır.

Ənənəvi metalkirəmitdən fərqli olaraq, kompozitli dam örtüyü kiçik ölçülü lövhələrdən ibarətdir ki, bu da demək olar ki səmərəsiz tullantıları azaldır və kirəmitin montajını sadələşdirir.

Daş zərrələr sayəsində kirəmitin səthi korroziyaya uğramır  və temperatur dəyişkənliyinə tab gətirir, həmçinin, metal parlaqlığına malik deyil və yüksək səsizolyasiyasına malikdir.  Belə dam örtüyü materialı ultrabənövşəyi şüalara qarşı dayanıqlıdır və xidmət müddəti boyunca rəngini dəyişmir (bir neçə onillər).  Bundan başqa, kompozit kirəmit odadavamlıdır. Beləliklə, kirəmitə bənzəyən 50 ildən yuxarı xidmət müddəti olan yüngül örtük alınır.

Metal əsas materialı daha möhkəm və yüngül edir, polimer-daş örtüyü isə estetik keyfiyyət bəxş edir və küyün səviyyəsinin minimuma endirir. Belə dam örtüyünün şübhəsiz üstünlüyü montajın sadəliyi və keramik örtüyə nisbətən daha aşağı qiymətidir.

Bizim şirkət Gerard    (



Bütün hüquqlar qorunur. 2014 ArsenalCenter.