Material seçimi

Müasir tikinti sənayesişəxsi evlər üçün  istənilən zövqə uyğun dam örtüyü materiallarının geniş spektrini təqdim edir. Koteclərin, bağ evlərinin və şəhərdənkənar evlərin mail damları üçün ən çox yayılmış dam örtüyü materialları:19

  • Keramik kirəmit
  • Elastik kirəmit
  • Metal kirəmit
  • Kompozitli kirəmit
  • Dalğalı bitum lövhələr
  • Metal profilli dam örtüyü (profnastil)

Elastiki kirəmit ( onu yumşaq və ya bitumkirəmit, həm də ingilis dilində shingle sozundən götürülüb şinql-dam örtüyü ağacı, qont adlandırırlar) bir tərəfində fiqurlu kəsiyi olan müxtəlif formalı kiçik hamar lövhələrdir. O müxtəlif polimer qarışıqlı modifikasiya edilmiş bitum hopdurulmuş selluoza və ya şüşə kişdən hazırlanır. Belə struktur kirəmiti möhkəmlik və davamlılıqla  təmin edərək, deformasiyaya dözümlülüyünü artırır. Bitum korroziya və çürüməyə meyilli deyil, bu da kirəmitin istismar müddətini artırır. Xaricdən lövhə bazalt və ya mineral qırıntılarla örtülmüşdür. Belə qat özülü (altlığı) xarici mühitin təsirindən qoruyur: məlumdur ki, bazalt ən etibarlı təbii materiallardandır. Bundan başqa, belə örtük rəng çalarlarının müxtəlifliyinə görə dekor (bəzək) funksiyasını yerinə yetirir.  Qeyd etmək lazımdır ki, katrilli_sinyiyumşaq kirəmit bozarmır(rəngi solmur) və istismar zamanı əlavə rəngləmə tələb etmir. Bu dam örtüyü materialının tətbiq sahəsi çox genişdir. Elastik kirəmit 120 meyilli istənilən damlarda tətbiq oluna bilər, bundan başqa, köhnə dam örtüklərinin bərpasında onu istifadə etmək mümkündür. Yüksək isti- və səsizolyasiyası bu növ dam örtüyünü şəxsi evlər üçün əvəzedilməz materiala çevirir.  Elastiki kirəmit atmosfer yağıntıları zamanı təmamilə səssizdir və rütubəti hopdurmur, həm də temperatur dəyişkənliyinə qarşı davamlıdır. Bundan başqa, elastik kirəmitin üstünlükləri arasında onun  ən mürəkkəb quruluşlu damlarda çox az sayda israfına görə qənatçilliyini qeyd etmək olar. Beləliklə, yüksək möhkəmlik dərəcəsi, montajın sadəliyi və  çox yaxşı dekorotivlik  xassələrini özündə birləşdirən  elastik kirəmit ən çox yayılan dam örtüyü materialıdır.

Keramik kirəmit ən çox yayılmış elit(seçmə) dam örtüyü materiallarıdır. O tərkibində çoxlu metal oksidi olan gil qarışıqlarından alınır. Kirəmit 10000S-də yandırıldıqdan sonra əsl kirəmit tünd qəhvəyi rəng alır.  Təbəqənin ön hissəsinə müxtəlif çalarlı parlaq qat çəkmək mümkündür. Belə dam örtüyü materialı ən uzunömürlü material sayılır.  Keyfiyyətli kirəmitin xidmət müddəti 100 ildən çoxdur. Günəş radiasiyasına və müxtəlif atmosfer hadisələrinə dözümlülüyü və odadavamlılığını onun üstünlüyü hesab etnək olar. İistilikkeçiriciliyinin az olması isti havada  həddindən artıq qızmasının qarşısını alır və soyuqda dam örtüyünün altında istini saxlayır. Keramik kirəmit statik elektriki toplamır, həmçinin yaxşı səsizolyasiyasını təmin edir.

Keramik kirəmitin keyfiyyətini müəyyən edən əsas meyar möhkəmlik və məsaməlikdir. Yüksək möhkəmlik və kiçik məsaməlik onun möhkəmlik həddinin çox olmasından və  kirəmitin şaxtayadavamlılığının təminatı olan nəmi udmaq və saxlamaq “qabiliyyəsizliyi”ndən xəbər verir. Ən keyfiyyətli keramik kirəmit çox olmayan sayda qapalı məsamələri olan kirəmitdir. Verilmiş dam örtüyünün bir neçə növü mövcuddur: hamar, dalğavari (bir və ya iki dalğa formasında) və novalçalı (onu həm də rahib-rahibə4cd922f499f7c adlandırırlar). Dalğavari kirəmit dam örtüyünə su sızmasını azaldan xüsusi oyuqlara (pazı)malik olduğuna görə daha etibarlı bərkitməni təmin edir. Hamar kirəmit variantı (kirəmitin ən qədim növü olan – “qunduz quyruğu” adlanan növdür) konus şəkilli damlar(qüllələr) üçün əlverişlidir. Lakin bu növ kirəmitlər yalnız  350-dən böyük meyli  olan  damlarda istifadə olunur. Əyrixətli səthlər üçün  novşəkilli keramik kirəmitlər məsləhət görülür.  Dam örtüyü materiallarının bu növü müasir texnologiyanın və qədim ənənlərin ən yaxşı cəhətlərinin özündə birləşdirir.

Metalkirəmit-Təbii kirəmiti təqlid edən şəklin alınması üçün eninə ştamplanan, polimer örtüklü profillənmiş polad sinklənmiş löhvənin bir növüdür.  

Sinklənmiş polad lövhəni xarici təsirlərdən qorumaq üçün müxtəlif polimer örtüklərdən istifadə olunur. Üstdən çəkilmiş polimer örtük, dekorotiv xassələrdən başqa , yüksək antikorroziyaya davamlılığa malikdir. Keyfiyyətinə, qalınlığına və qiymətinə görə fərqlənən qoruyucu örtüklərin  bir neçə növü mövcuddur. İstehsalçıların təqdim etdiyi metalkirəmitin rəng palitrası çox müxtəlifdir. O löhvə istehsalçı-zavodun boya palitrası ilə təyin olunur. Bir qayda olaraq, hər bir zavod  boyaların xüsusi nişan sisteminə malikdir. Rəng seçimi zamanı mövcud  firmanın rəng kataloqlarından və ya polad nümunələrdən istifadə etmək məsləhət görülür. Metalkirəmitin əsas üstünlükləri aşağıdakılardır:kiçik çəki, montajın sadəliyi, müxtəlif rəng çaları, dam örtüyü ilə birlikdə çatdırılan komplektin tam naboru, ekioloji i0275rp image067təhlükəsizlik və münasib qiymət.

Lakin materialın çatışmamazlıqları da vardır. Mürəkkəb dam örtüyündə artıq material israfı, qoruyucu təbəqənin yırtıldığı yerdən  korroziyaya meyllilik,bəziləri isə yağış və külək zamanı səs-küy yaradır. Həqiqətdə isə kiçik küy izolyasiyası – dam örtüyü qurğusunun çatışmazlığıdır. İşlər keyfiyyətli görüləndə, külək əsəndəmetalkirəmit şəbəkəni taqqıldatmır, sukənarlaşdırma işi düzgün yerinə yetiriləndə axan su selinin səsi mansardda yaşayanlar tərəfindən eşidilməyəcək.

Kompozitli kirəmit Rusiya bazarında nisbətən yeni materialdır. Bu çoxqatlı dam örtüyünün əsasını tərkibində müəyyən nisbətlərdə alüminium, sink və silisium olan, heyrətamiz antikorroziya xassələrinə malik alusink xəlitə  və hər iki tərəfdən də bu xəlitə ilə örtülən  yüksəkkeyfiyyətli polad lövhə təşkil edir. Kompozitli kirəmitin xarici səthinə xalis daş zərrələrindən örtük çəkilmişdir. Bu örtük xarici görkəmilə təbii kirəmiti xatırladır.  Alusink xəlitə sayəsində kompozitli kirəmit korroziyaya məruz qalmır. Bu növün xidmət müddəti 50 ildən çoxdur. Kompozitli kirəmit istənilən hava şəraitinə dayanıqlıdır. Su udma qabiliyyətinin sıfır olması sayəsində bu örtük kəskin temperatur dəyişkənliyindən qorxmur və istənilən sayda donma-ərimə siklinə davam gətirir.  Material ultrabənövşəyi şüalanmaya davamlıdır və xidmət müddəti boyunca rəngini dəyişmir.

Kompozitli  kirəmitin ən mühüm üstünlüyündən biri – onun az çəkisi və yüksək yanğıntəhlükəsizliyidir. Bu materialın yüngüllüyü, onu dam örtüyü konstruksiyası kifayət qədər ağır kirəmit üşün hesablanmayan damlarda istifadə  etməyə imkan verir. Həmçinin, bu xassə dam örtüyünün daşınması və montajı məsrəflərinə qənaət etməyə imkan verir.a9 decra_milano.28492657_std

«Arsenal Center» şirkətinin saytında siz bu və digər dam örtüyü materialları və onların istehsalçıları haqqında ətraflı informasiyanı tapa bilərsiniz. Həmçinin, dam örtüyünün (novlar,mansard pəncərələr və digər dam örtüyü materialları) düzgün qurulması üçün zəruri olan digər aksesuarlar haqqında informasiya təqdim olunub.

Dam örtüyü-sizin evinizin quruluşunda ən vacib elementdir. O bütün tikilini müxtəlif təbiət ünsürlərinin təsirlərindən qoruyur. Buna görə də dam örtüyü materialının seçimi evin tikintisində və təmirində çox vacib addımdır. Bundan başqa, dam örtüyü evin vacib memari tərtibatıdır və onun xarici görünüşünü müəyyən edir. Dam örtüyü üçün material seçəndə bu sahədəki mütəxəssislərə müraciət etməyi məsləhət görürük. Dam örtüyü şirkətində  nəinki material seçimini müəyyən etməkdə sizə kömək göstərəcəklər, həm də onun düzgün quraşdırılması ilə bağlı bütün sualları cavablandıracaqlar və ya sizin uzun illər dam örtüyünün  gözəlliyindən və etibarlılığından həzz almağınız üçün örtüyün bütün montaj problemlərini öz üzərlərinə götürəcəklər!

 «Arsenal Center» dam örtüyü mərkəzi



Bütün hüquqlar qorunur. 2014 ArsenalCenter.