Metal Dam Örtükləri
Metal Dam Örtükləri
Metalkirəmit
Dam örtüyü materialları arasında 120meylli mail damların quraşdırılmasında metalkirəmit daha çox yayılmışdır. O forma alınması üçün eninə ştamplanan (damğalanan), təbbi kərəmitə bənzəyən, polimer örtüklü profillənmiş sinklənmiş polad lövhələrin növlərindən biridir. Metalkirəmit poladı diyircəkli yayma və ardınca soyuq ştamplama yolu ilə alınır. Onun əsasını 0,4-0,6mm qalınlıqlı müxtəlif rəngli çoxlaylı polimerlə örtülmüş polad lövhə təşkil edir. Polad lövhələri sink və ya sink və aluminium xəlitə ilə örtürlər və bundan sonra onlar passivasiya edilir, astarlanır və metalı korroziyadan qoruyan və rəng dayanıqlılığını təmin edən qoruyucu polimer təbəqə ilə örtülür.
Polad lövhə örtüyünün strukturu
- Poliestr, plastizol, pural və başqa polimer örtüklər
- qrunovka
- korroziyaya qarşı örtük
- sink örtük
5.Polad lövhə
- qoruyucu lak
Metalkirəmitin təqdim olunan çeşidləri profilin (dalöanın eni və uzunu) forma və həndəsəsinə, rənginə və polimer örtüyün növünə gorə fərqlənirlər. Profilin həndəsəsi onun istehsalı üçün tətbiq olunan qurğu ilə təyin olunur. Hər profilə müxtəlif istehsalılar müəyyən adlar verirlər. Ən çox yayılmış profili Monterrey adlandırırlar.
Sinklənmiş polad lövhəni xarici təsirlərdən qorumaq üçün lövhənin xaricinə çəkilən müxtəlif polimer örtüklər istifadə olunur. Estetik xüsusiyyətlərindən başqa onlar korroziyaya qarşı çox davamlıdırlar və metalı korroziyadan qoruyurlar.
Polimer örtüklərin növləri
Poliestr
25mikron qalınlıqlı cilalı səthə malik nisbətən bahalı olmayan örtüklərdir. Onun əsasını dayanıqlı poliefir boya təşkil edir. Bu örtük çox yaxşı elastikliyə malikdir və yaxşı forma əmələ gətirə bilir. Onun çatışmamazlığı mexaniki təsirlərə və zərbələrə qarşı davamsız olmasıdır.
Tutqun poliestr
Tutqun səthli 35mkm qalınlıqlı poliefir örtükdür. O yüksək mexaniki və rəng davamlılığına malikdir, istənilən iqlimdə uzun illər öz xassəsini qoruyur .
Plastizol
Basmanaxışlı səthə malik 200 mkm qalınlıqlı enli (qalın) örtükdür. Əsası -PVX (polivinilxlorid). Mexaniki zərbələrə ən davamlı örtüklərdən biridir.
Əgər plastizol örtüklü metalkirəmit isti rayonlarda istifadə olunacaqsa, onda acıq rəngli materiallar (örtüklər) seçmək lazımdır, çünki onlar günəş şüasını yaxşı əks etdirir, az qızır və az yanır. Belə örtüyün çatışmamazlığı- ultrabənövşəyi şüalara qarşı dayanıqsız olmasıdır.
Pural
Əsası poliuretan olan 50 mkm qalınlıqlı örtükdür. O temperatur dəyişkənliyinə davamlıdır, korroziyaya və rəng davamlılığı vardır. Pural poliestrdən az cızılır, lakin plastizolla müqayisədə plastik deformasiyaya daha dayanıqlıdır, buna görə də belə örtüklü lövhələri ehtiyatla əymək lazımdır. Müxtəlif istehsalılarda bu örtüyün adı müxtəlif ola bilər, məsələn, Prelak-Nova, Armatek və digər analoqları vardır.
PVDF
80% polivinilftoritdən və 20 % akrildən ibarət 27mikron qalınlıqlı örtükdür,cilalı səthi var, metal rəngində ola bilir, mexaniki zərbələrə və ultrabənövşəyi şüalara qarşı dayanıqlıdır. Uzunömürlü örtük hətta aqressiv mühit səraitində də istifadə oluna bilir.
Örtüklərin xarakteristikasının müqayisəsi
Sinklənmiş rulon polad istehsal edən metallurqiya zavodlarında və istehsalatda polad lövhələrə polimer örtüklər çəkilir. Tanınmış polad lövhə istehsalçıları: Corus Group ( Böyük Britaniya)və başqaları. Metalkirəmitin rəng qamması kifəyət qədər müxtəlifdir və polad lövhə zavod-istehsalçıların rəng palitrası ilə təyin olunur. Adətən hər bir zavod özünün rəng nişanlama sisteminə malikdir. Boya seçimində konkret firmanın rəng kataloqlarından və ya polad nümunələrdən istifadə etmək məsləhət hörülür. Üstünlükləri və çatışmamazlıqları Əsas üstünlükləri: nisbətən böyük olmayan çəki, rəng müxtəlifliyi, dam örtüyü materialı ilə birlikdə satılan tam komlekt naboru, ekaloji, metalkirəmitin münasib qiyməti və montajın sadəliyi. Metalkirəmitin çatışmamazlığı: Mürəkkəb dam örtüyündə materialın artıq israfı , qoruyucu təbəqənin pozulan hissəsindən metalın korroziyaya meylliliyi, həmçinin yağış və külək zamanı yüksək küylük. Lakin kiçik küyizolyasiyası örtüyün çatışmamazlığıdır. Metal dam örtüyünün yaxşı küyizolyasiyası üçün onu yaxşı qızdırmaq lazımdır. Lazımi qalınlıqda olan qızdırıcı dam örtüyünün yaxşı səsizolyasiyası olacaqdır, buna gğrə də burda qənaət etmək lazım deyil. Metalkirəmit elə bir dam örtüyü materialıdır ki, onun keyfiyyəti sinklənmiş poladın və onun polimer örtüklərinin keyfiyyətindən, texnoloji təchizatından və bərkitmə elementlərindən aslıdır. Finlandiyada istehsal olunan Weckman fin metalkirəmiti kifayət qədər keyfiyyətlidir. Fin metalkirəmitinin qiyməti yerli (Azərbaycan istehsalı) kirəmitin qiymətindən bahadır, lakin bu keyfiyyətə görə dəyər.
|
Bütün hüquqlar qorunur. 2014 ArsenalCenter.