Rəhbərlik
Hörmətli izləyicilər!
Sizi “Arsenal Center LLC” kompaniyasının saytında salamlayıram!
Ümid edirik ki, burda təqdim olunan məlumatlar sizə faydalı olacaq, saytın naviqasiya sistemi isə lazımi informasiyanın axtarılmasında etibarlı bələdçiniz olacaqdır. Bu resurs informasiya strategiyamızın vacib elementidir. Onun vəzifəsi isə sizi kompaniya, onun fəaliyyəti, gələcək planları, prinsipləri və dəyərlərilə operativ, asan və ardıcıl məlumatlandırmaqdır.
Lap qədimdən bu günə qədər dam örtüyü evimizin təhlükəsizliyinin və rahatlığının təminatıdır.
“Başı üstündə damın olması”-evinin olması , bu da sabaha bir inamın olmasıdır. Buna görə də evlərin tikintisi zamanı həm onu bəzəyən, həm də birinci növbədə ona etibarlı və orijinal mükəmməllik verən materialları xüsusi dəqiqliklə seçirik.
«Arsenal Center MMC» şirkəti 2001-ci ildə yaradılmışdır. Şirkətin fəaliyyətinin əsas istiqamətləri dam örtüyü materiallarının istehsalı və eləcə də avropanın aparıcı markalarının məhsullarının çatdırılmasıdır. Məlum olduğu kimi, metal kirəmitin vətəni Finlandiyadır. Məhz fin kirəmiti keyfiyyət, uzunömürlülük və etibarlılıq etalonudur. Fin istehsalçılarının təcrübə və texnologiyalarını toplayaraq və eləcə də Azərbaycan istehlakçılarının istəyini nəzərə alaraq, «Arsenal Center MMC» yüksək texniki və estetik xarakteristikalara malik məhsullar hazırlayır. Biz, Weckman (Finlandiya), Gerard (Yeni Zellandiya), Tezcan (Тürkiyə), Seah Steel (Koreya), Galva Metal (Тürkiyə), Thyssen Group(Almaniya) kimi aparıcı şirkətlərin rəsmi distribyutoruyuq.
Bizim illik istehsal gücümüz 12 mindən çox sertifikatlaşdırılmış məhsullardan ibarətdir. Onun yüksək keyfiyyəti və münasib qiymətləri nəinki Bakıda, hətta rayonlarda da təbii maraq oyadır. «Arsenal Center MMC»nin daimi tərəfdaşları Azərbaycan Respublikası iqtisadiyyatının müxtəlif sahələrindən olan 1000-dən artıq müəssissə və təşkilatlarıdır.Onların arasında nəinki Global Construction MMC, Stonepay, AzTurkAlman, Metax, Azersun Holding və s. kimi olkədə məhşur müəssissələr, həm də yüzlərlə kiçik və orta biznes müəssisələridə vardır. Biz öz məhsullarımızla Fövqaladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Nazirlər kabineti, Səhiyyə Nazirliyi və s. kimi dövlət idarələrinin tikintisini təchiz edirik.
“Arsenal Center MMC ”-nin mütəxəssisləri öz işlərində “ Dam örtüyü hər bir evin simasıdır və məhz o istənilən tikilinin zahiri görünüşünü müəyyən edir” prinsipinə əməl edirlər.
Burada siz tikinti və dam örtüyü materiallarının istənilən brendi, məhsulları, texniki xarakteristikaları və tətbiq xüsusiyyətləri haqqında lazımi informasiyanı tapa bilərsiniz.
Bizim əməkdaşlar – evlərin tikintisi sahəsində peşəkardılar, buna görə də sizi maraqlandıran bütün sualları cavablandıracaq və düzgün seçim etməkdə kömək edəcəklər.
Şirkətin anbarlarında istənilən tip tikintiləri aparmağa , istənilən bəzək işlərini reallaşdırmağa və ən çətin dizayner layihələrini həyata keçirməyə kömək edə biləcək geniş materiallar çeşidi vardır.
Alınan materialın növündən, tipindən aslı olmayaraq, biz onun keyfiyyətinə zəmanət veririk və zəmanət termini təqdim edirik. Bu ondan irəli gəlir ki, bizim şirkət möhkəm, uzunömürlü və keyfiyyətli məhsullar təqdim edən etibarlı istehsalçılarla əməkdaşlıq edir.
Biz, biznesin effektli inkişafında maraqlıyıq və öz tərəfdaşlarımıza bizneslərinin bütün üstünlüklərindən maksimum istifadə etməyə imkan verən həlləri (yolları) təklif etməyə çalışırıq. Qənaətcillik, keyfiyyət və etibar bizim ən vacib prinsiplərimizdir. Hər bir tərəfdaş bizim üçün unikaldır və hər bir çatdırılmaya isə gələcək sövdələşməyə tövsiyə kimi baxırıq.
Şirkətin birinci priotetlərindən biri hal – hazırda şirkətin sərvəti olan , öz işini bilən , ixtisaslı işçilərini qorumaqdır. Biz çalışırıq ki, onları layiqli həyat şəraiti ilə təmin edək, əlimizdən gələn butun koməyi əsirgəməyək, yaranan problemlərin həllində yardımçı olaq. Eyni zamanda bunula biz şirkətin gələcəyi olan yeni qüvvələr cəlb etməyə, bacarıqlı , talantlı gəncləri dəvət etməyə çalışırıq.
«Arsenal Center MMC» nin inamın, etibarın və innovasiyanın (yeniliyin) sinonimidir və biz fəxr edirik ki, bizim fəaliyyətimizin əsasını müştərinin maraqları təşkil edir.
Sizin planlarınızı tez reallaşdıran etibarlı dayaq – Bizik, montaj-tikinti prosesləri isə bazardakı ən yaxşı məhsullar bərkidiləcək.
Biz sizi təcrübədən göründüyü kimi, tezliklə şirkətin səmimi dostlarına çevrilən tərəfdaşları və sifarişçiləri arasında görməyə şad olardıq.
«Arsenal Center MMC» – arzuların reallığa çevrildiyi parlaq nümunədir…
Şirkətimizin fəaliyyətinə göstərdiyiniz maraq üçün sizə təşəkkür edirik. Ümid etmək istərdik ki, siz tez-tez bu mənbəni ziyarət edəsiniz və bizim sonrakı uğurlarımızın şahidi olasınız.
Bizim çoxsaylı tərəfdaşlarımıza qoşulun!
Hörmətlə
«Arsenal Center MMC» nin idarə heyəti
Həsənov Malik
Bütün hüquqlar qorunur. 2014 ArsenalCenter.